FOTO "Neftçi İdman Klubu"nun Koreyada 10-cu medalını Sultanova qazandı

11:43 14 May 2015

Azərbaycan yığması Cənubi Koreyanın paytaxtı Seulda paralimpiyaçılar arasında keçirilən Ümumdünya oyunlarında 10-cu medalını qazanıb. SportArena.az xəbər verir ki, millimizə növbəti uğuru da “Neftçi İdman Klubu"nun üzvü qazandırıb.
 


Belə ki, bu dəfə fəxri kürsüyə cüdoçumuz Afaq Sultanova qalxıb. 57 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz 3-cü yeri tutub.  
 
Qeyd edək ki, Azərbaycan idmançılarının Ümumdünya oyunlarında hələlik 4 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar. Medalların hamısı "Neftçi İdman Klubu"nun aktivindədi.


Digər xəbərlər

Xəbər xətti