Çempionlar Liqasının yarımfinal mərhələsinin "Real" - "Yuventus" oyunundan öncə qalmaqal yaşanıb.
SportArena.az xəbər verir ki, qalmaqal Madrid və Turin klublarının azarkeşləri arasında yaşanıb. "Santyaqo Bernabeu" stadionunun qarşısında əlbəyaxa olan fanatlar bir-birinə xəsarət yetirib.
Hadisəyə müdaxilə edən polis azarkeşləri ayırmağa nail olub. Ancaq Madrid polisi davaya müdaxilə edərkən "Qoca sinyora"nın fanatlarına qarşı sərt müdaxilə edib. Belə ki, polisin müdaxiləsi zamanı bir nəfər italyan azarkeş başından yaralanıb.