"Simurq"un pis durumda olması daha bir futbolçunu qəti qərar verməyə vadar edib.
SportArena.az xəbər verir ki, “Simurq”un hücumçusu Draqan Çeran da "Bakı" ilə oyundan sonra vətəninə gedir. Bu barədə Draqan Çeran özü saytımıza danışıb:
"Bakı" ilə oyundan sonra yığışıb gedirəm. Eyni zamanda FİFA-ya şikayət etmək haqqında düşünürəm. Çünki, "Simurq" transfer vərəqəmi vermir. Klub demək olar kı, dağılıb. Amma mənim transfer vərəqəmi vermirlər. 2-3 günə müraciət edəcəyəm FİFA-ya".
Cavid ƏHMƏDOĞLU