Belçikada ölüm “epidemiyası”- Son 10 gündə 3-cü idmançı öldü

18:30 14 May 2015

Belçikanın "Şarlerua" basketbol klubunun üzvü Rasmus Larsen evində ölü tapılıb.

 

SportArena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı mərkəz oyunçusu "Ostende" ilə ölkə çempionatının pley-off mərhələsində keçiriləcək qarşılaşmadan öncə dünyasını dəyişib.

 

Danimarkalı basketbolçu oyunöncəsi iclasda iştirak etməyib. Bundan sonra klubun əməkdaşları Larsenin evinə yollanıb və xoşagəlməz mənzərə ilə qarşılaşıblar.

 

Hadisə nəticəsində "Ostende" ilə baş tutacaq qarşılaşmanın keçirilmə vaxtı dəyişdirilib.

 

Qeyd edək ki, bu, Belçikada son 10 gündə baş vermiş 3-cü idmançı ölümü hadisəsidir. Rasmu Larsendən əvvəl Belçika "Lokeren"inin futbolçusu Qreqori Mertens və "Beerşot" komandasının oyunçusu Tim Nikot infarkt nəticəsində dünyasını dəyişib.


Digər xəbərlər

Xəbər xətti