SON DƏQİQƏ: “Neftçi” Mirhüseyn Seyidovla yollarını ayırdı

17:56 14 May 2015

“Neftçi” transferə çıxardığı daha bir futbolçu ilə yollarını rəsmən ayırıb. SportArena.az xəbər verir ki, paytaxt təmsilçisinin rəhbərliyi Mirhüseyn Seyidovun müraciətini nəzərə alaraq, onunla bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

 

Bununla da 2017-ci ilin yayınadək klubla müqaviləsi olan yarımmüdafiəçi azad agent statusu alıb. Seyidovun klubun öz yetirməsi olduğu və komandadakı nailiyyətləri nəzərə alınaraq, ona formasını itirməmək üçün mövsümün sonuna kimi əvəzedici heyətdə məşq etməsinə şərait yaradılıb. 

 

Qeyd edək ki, “Neftçi” dünən Rauf Əliyevlə müqaviləyə də qarşılıqlı razılıq əsasında xitam vermişdi.


Digər xəbərlər

Xəbər xətti