ŞOK Türkiyəli futbolçu azarkeşlərin üzərinə silah çəkdi

19:25 14 May 2015

“Fənərbaxça”nın yarımmüdafiəçisi Əmrə Belözoğlu növbəti dəfə azarkeşlərlə qalmaqal yaşayıb. SportArena.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, təcrübəli futbolçu bu dəfə “Beşiktaş” azarkeşlərinin hücumuna məruz qalıb.

 

Bugünkü səhər məşqindən sonra bir açılışda iştirak edən Əmrə yolda “Akhisar” – “Beşiktaş” oyununu izləmək üçün Manisaya gedən qonaq komandanın azarkeşləri ilə qarşılaşıb. Türkiyə millisinin üzvünün avtomobilini mühasirəyə alan fanatlar yumruq və təpiklə maşını əziblər.

 

Həmin vaxt Əmrə ilə birlikdə olan sabiq “Qalatasaray”lı futbolçu Orhan Ak isə belindən tapançasını çıxararaq azarkeşlərin üzərinə çəkib və onlardan dərhal oranı tərk etməyi tələb edib. Yalnız bundan sonra ara sakitləşib.

 

Hadisə ilə bağlı açıqlama verən Əmrə Belözoğlu azarkeşlərlə dalaşdığını deyib: “Məni mühasirəyə alıb söyüş söydülər. Mən də maşından düşüb onlarla dalaşmağa başladım. Həmin insanlardan şikayətçi olmuşam. Hazırda polis bölməsində hadisə ilə bağlı ifadə verirəm”.apasport.az


Digər xəbərlər

Xəbər xətti