Argentinada ŞOK: Başı betona çırpılan futbolçu öldü

22:19 14 May 2015

Argentinanın aşağı dəstələrindən birində mübarizə aparan “San Martin de Burzako”nun müdafiəçisi Emanuel Orteqa 11 gün davam edən komadan sonra vəfat edib.

 

SportArena.az xəbər verir ki, 21 yaşlı futbolçu mayın 3-də “Yuventude”yə qarşı oyunda  yıxılaraq başını meydançanı əhatə edən beton arakəsməyə çırpmışdı.

 

Futbolçu təcili olaraq xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

 

Baş verən hadisədən sonra Argentina Futbol Federasiyası bu həftəsonu bütün daxili futbol yarışlarını təxirə salıb.apasport


Digər xəbərlər

Xəbər xətti