Bu gün “Qəbələ”nin üzvləri şəhərdəki "Gilan Qida" şəhərciyini ziyarət ediblər.
SportArena.az xəbər verir ki, şəhərcikdə yerləşən Gilan çipsi sexi, Jalə meyvə şirəsi sexi və Jalə sularının istehsal prosesi ilə tanış olan futbolçular və inzibati heyət burda işçilər tərəfindən alqışlarla qarşılanıblar.
Zavod rəhbərliyi istehsal və xammal barədə maraqlı məlumatlar verərək, qonaqların məhsulların qablaşdırma prosesi ilə tanış olmalarına da şərait yaradıblar. Ekskursiyanın sonunda məhsulları dequstasiyadan keçirən futbolçular zavod rəhbərliyinə imzalanmış “Qəbələ” forması və top hədiyə ediblər.