FOTO U-17-yə çempionluq kuboku təqdim olundu

23:02 14 May 2015

“Bakcell U-17 Liqa”nın 2014/15 mövsümünün qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. AFFA-nın inzibati binasında keçirilən tədbirdə yarışı ilk 3 pillədə başa vuran komandalar, həmçinin fərdi nominasiyalarda qalib olan futbolçular mükafatlandırılıb. U-17 Liqanın sonuna 3 tur qalmış çempion titulunu qazanan “Qəbələ”nin U-17 komandasının futbolçuları qızıl medallar və fəxri diplomlarla təltif olunub. Ramin Quliyevin baş məşqçisi olduğu komandaya yarışın əsas mükafatı – kubok da təqdim edilib.
Bundan başqa, “qırmızı-qaralar”ın futbolçusu Hacıağa Hacıyev də mükafatlandırılıb. O, mövsümün ən yaxşı oyunçusu seçilib.
Qeyd edək ki, 12 komandanın mübarizə apardığı U-17 Liqada keçirdiyi 22 oyunda 18 qələbə qazanıb, 3 heç-heçə edən “Qəbələ” yalnız 1 matçda məğlub olub. Rəqib qapılarından hamıdan çox – 81 qol keçirən “qırmızı-qaralar” ən az – 18 top buraxıblar. 57 xal toplayan Quliyevin yetirmələri ən yaxın izləyicisi “Neftçi”ni 9, 3-cü olan “Bakı”nı 13 xal qabaqlayıb.


Digər xəbərlər

Xəbər xətti