Hazırda İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda gözlənilməz qonaq var. "Qaradağ Lökbatan" - "Şahdağ" oyununu birincilərin prezidenti Tahir Mustafayev də izləyir. Halbuku AFFA İntizam Komitəsi onun stadiona girişinə 10 oyunluq qadağa qoyulmuşdu.
"Rəvan"la qalmaqallı səfər matçında futbolçularını meydandan çıxaran Tahir bəyin AFFA-nı vecinə almaması yəqin ki, növbəti dəfə cəzalanması ilə nəticələnəcək. Səbirsizliklə İntizam Komitəsinin növbəti iclasını və qərarlarını gözləyirik.
Qeyd edək ki, Mustafayev Azərbaycan çempionatının 1-ci divizionunun 24-cü tur oyunundakı hərəkətlərinə görə cəzalandırılmışdı. futbolinfo.az