Bu gün Azərbaycan çempionatının 1-ci divizionunda 28-ci tura start verilib. "Şuşa Qarabağ" ev sahibi qismində "Kəpəz"i qəbul edib. "İnter Arena"da keçirilən qarşılaşmada gəncəlilər fasiləyə 0:1 hesabıyla yenik durumda yollansalar da, ikinci hissədə komanda əsl xarakter nümayiş etdirib.
90+3-cü dəqiqədə "Kəpəz" qələbə topunu vuran kimi baş hakim Ömər Paşayev final fitini səsləndirib. Başqa sözlə, referi meydan sahiblərinin topu meydançanın mərkəzindən başlamasına ehtiyac duymayıb. Bundan əsəbləşən, eləcə də oyunboyu Ömər Paşayevin qərarlarına görə əsəbi olan "Şuşa Qarabağ"ın baş məşqçisi Nadir Qasımov dərhal tribunadan aşağı enib.
Qasımov meydançaya girərək, Paşayevin üstünə şığıdı: "Şuşanı orda verdilər, siz də burda verin. Mamanın papanın gül balalarıdı, siz nə bilirsiz Şuşa nədi". Ömər bəyin "sakit ol" cavabına isə baş məşqçi "uşaq sakitləşdirmirsən eee" deyə qarşılıq verdi. Nadir Qasımovun Ömər Paşayevlə mübahisəsinin videosunu təqdim edirik.futbolinfo.az