Həmin oyunda bir sıra maraqlı məqamlar nəzərə çarpdı. Məsələn, ilk hissədə tribunalar dolu olsa da, ikinci hissədə demək olar ki, stadionda tamaşaçı qalmamışıd. Həmin seyirçilərin hansı məqsədlə oraya gətirildiyini də yazmışdıq.
Bundan əlavə, cəzalə olduğu halda tribunadan qarşılaşmanı izləyən "Qaradağ Lökbatan"ın prezidenti Tahir Mustafayev də diqqətimizdən yayınmadı. Matç başa çatdıqdan sonra klub rəhbərindən müsahibə almaq istədik. Lakin Tahir bəy razılaşmadı. O, öncə hansı saytdan olduğumuzu soruşdu. Ona futbolinfo.az-dan olduğmuzu bildirəndə əvvəlcə imtina etdi. Səbəb kimi isə ona qarşı qərəzli yazılar yazdığımızı bildirdi. Sonradan aydın oldu ki, Mustafayev futbolinfo.az-ı başqa saytla səhv salıb. Məsələ aydınlaşandan sonra o saytımıza müsahibə verməyə razı oldu:
- Oyunla bağlı fikirlərinizi bilmək istərdik. Qarşılaşmanın gərgin keçəcəyini gözləyirdinizmi?
- Çətin oyun oldu. Gördüyünüz kimi, matçda diqtə edən tərəf biz idik. Sadəcə, qol bir az gec gəldi. Bir az stressli idik.
- Komandanıza növbəti mövsüm Premyer Liqada iştirak etmək üçün lisenziya verilmədi. Şikayət etmək fikriniz var?
- Düzdü vaxt azdı. Problemlərimiz həll olunmaq üzrədi. Düzdü, belə problemimiz yoxdu. Amma bəzi çatışmazlıqlar var. Onları həll edib şikayət edəcəyik.
- Əsas problemləriniz nədən ibarətdi? Lisenziya ala bilməməyiniz üçün başlıca səbəb nədi?
- Bu daxili məsələdi. Bunu açıqlaya bilmərəm.
- Belə deyək, növbəti mövsüm Premyer Liqada iştirak etmək şansınızı necə dəyərləndirirsiniz?
- Hələ 1-ci divizionda oyunlarımız qalıb və çalışırıq ki, burda 2-ci yeri tutub, vəsiqə qazanaq. Daha sonra isə lisenziya alıb, Premyer Liqada iştirak edək.
- Amma nəzərə alaq ki, ilk 2 yeri tutmaq hələ Premyer Liqaya vəsiqə qazanmaq demək deyil. Ən azından “Neftçala” və “Rəvan” örnəyini misal kimi göstərmək olar.
- Hərənin öz iş, problemi var. Biz ümidliyik ki, vəziyyət düzələcək.
- Əgər komanda növbəti mövsüm Premyer Liqaya buraxılmasa, yenidən 1-ci divizionda iştirak edəcəksinizmi?
- Bəli. Yenidən iştirak edəcəyik. Komanda dağılmayacaq.
- Sizə ötən turlardan “Rəvan”a qarşı 10 oyunluq cəza verilmişdi. Ancaq siz bu gün yenə tribunadan oyuna baxırdınız...
- Ona görə də gördünüz ki, içəridən çıxa bilmirdim (VİP lojanın arxasındakı qapalı yeri işarə edir).
- Ancaq ilk hissədə VİP lojada əyləşib, oyuna baxırdız...
- İlk hissədə... Yenə də.. nə bilim? Ürək komanda il döyünür. Özümdən asılı deyil. Cəza da olsa, ayaqlar gedir.futbolinfo.az