Franz Bekanbauer bəyan etdi: Frank Riberi “Bayern” komandası ilə vidalaşır

11:35 15 May 2015

Almaniyanın Münxen şəhərinin “Bayern” futbol klubunun şərəfini qoruyan Fransa yığma komandasının keçmiş hücumçusu Frank Riberi bu komandadan ayrıla bilər.

 

Bunu Fransanın “L’Equipe” qəzetinə verdiyi müsahibəsində “Bayern” komandasının fəxri prezidenti əfsanəvi futbolçu Franz Bekanbauer bəyan edib. Dünya futbolunun ulduzu artıq fransız futbolçunun yaşı ötdüyü üçün kluba lazım olmadığını bildirib.

O, klubun gənc və perspektivli futbolçular hesabına daha da gücləndirilməsinin vacibliyini qeyd edib. Həmçinin Frank Riberi ilə bərabər, Aren Robben, Bastian Şvainştayger və Xabi Alonsa kimi futbolçuların da komandadan ayrılacağı barədə məlumat verib.

Xatırladaq ki, Frank Riberi bir neçə həftə bundan əvvəl verdiyi müsahibəsində bir daha Fransaya qayıtmayacağını, Bavariyada özünü xoşbəxt hiss etdiyini, futbol karyerasını “Bayern” klubunda başa vuracağını və alman vətəndaşlığını qəbul etməyə hazırlaşdığını bildirmişdi.


Digər xəbərlər

Xəbər xətti