Son günlər klublarda yaranan maddi sıxıntı "Xəzər Lənkəran"a da təsirsiz ötüşməmişdi. Belə ki, hər zaman vaxtında maaşlarını alan cənub təmsilçinin futbolçuları, bu ay bir qədər gözləməli oldular.
SportArena.az olaraq, "Xəzər Lənkəran"ın mətbuat katibi Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxlayıb, məsələ haqqında soruşduq:
"Maaşlarla bağlı heç bir problem yoxdur. İki gün öncə futbolçuların maaşı hesablarına köçürülüb".
"Bakı" ilə oyunda məğlub olduqlarına görə isə cərimə olunan müəyyən məbləğ may ayına düşür"- deyə klub rəsmisi bildirib.
Cavid ƏHMƏDOĞLU