Növbəti mövsümə iddialı hazırlaşan "Xəzər Lənkəran" ilk transferini həyata keçirməyə çox yaxındır.
SportArena.az xəbər verir ki, cənub təmsilçisi "İnter"in qapıçısı Səlahət Ağayevi heyətinə qatmaq istəyir. Paytaxt klubunda maliyyə durumunun ürəkaçan olmaması bu transferin reallaşmasına təkan verən səbəblərdən biridir. Belə ki, növbəti mövsüm "İnter"də maddi durum düzüəlməsə, Səlahəti "Xəzər Lənkəran"da görə biləcəyik.
Qeyd edək ki, qarşıdakı saatlarda cənub klubundan məsələyə münasibət öyrənəcyik.
Cavid ƏHMƏDOĞLU