Avropa Liqasının yarımfinal mərhələsinin cavab görüşləri çərçivəsində dünən keçirilən “Dnepr” - “Napoli” matçından sonra insident yaşanıb.
SportArena.az xəbər verir ki, “Dnepr”in finala vəsiqə qazanmasından hədsiz dərəcədə sevinən ukraynalı azarkeşlər bu uğuru çılğın şəkildə qeyd ediblər. Belə ki, hakimin final fiti səslənən kimi minlərlə azarkeş meydana axışıb. Onları sakitləşdirmək üçün “Dnepr”in futbolçuları Denis Boyko və Artyom Fedetski Ukraynanın dövlət himnini oxumağa başlayıblar. Ancaq bunun heç bir təsiri olmayıb. Aqressiv azarkeşlər “Napoli”nin fanatlarının əyləşdiyi sektora tərəf qaçaraq, onları təhqir edib, oturacaq “atəşinə” tutublar.