Türkiyə “Spor Toto” super liqasının 31-ci həftəsində “Beşiktaş” – “Akhisar Belediyespor” qarşılaşması baş tutub.
SportArena.az xəbər verir ki, 1-1 hesabla bərabərə qalan qarşılaşmanın 90+4-cü dəqiqəsində qəribə bir hadisə baş verib. “Beşiktaş” klubunun rəsmi “BJK” kanalında futbolu şərh edən aparıcılar son anda vurulan qolun sevinci ilə qışqıraraq ayağa qalxıb, bir-birlərini qucaqlayaraq studiyada yallı gediblər. Sonradan aparıcıların quıaqlıqlarına gələn xəbərdarlıqla ofsayt vəziyyəti olduğundan qolun sayılmadığı bildirilib və studiyada dərin səssizlik yaranıb.
Qeyd edək ki, qarşılaşma 1-1 hesabla bərabərə başa çatıb.