"Neftçi" ilə yollarını ayıran yarımmüdafiəçi Mirhüseyn Seyidov bu ayrılıqla bağlı fikirlərini açıqlayıb:
"Klub rəhbərliyi ilə söhbət etdim. Ondan sonra "Neftçi"dən sənədlərimi alıb, ayrıldım. Mənim komandadan gedişim baş məşqçinin qərarıdır. Dedilər ki, biz öz potensialımızdan aşağı çıxış etmişik. Klub rəhbərliyi ilə heç bir problemim yoxdur. Bu, məhz baş məşqçinin fikridir ki, futbolçular onun istədiyi səviyyədə çıxış etmirmiş. Buna görə də yollarımızı ayırmalı olduq. Görüşdə dedim ki, sona üç tur qalmışdı, mövsümün başa çatmasını gözləmək də olardı. Amma eybi yox. Hər şey qaydasındadır. Həyat belədir. Allah eləsin ki, yenidən görüşək. Zaman özü kimin kim olduğunu göstərəcək".
Seyidov həmçinin "Zirə", "Qəbələ" və "Simurq"a keçəcəyi barədə xəbərlərə də münasibət bildirib: "Bu klublardan heç biri mənə təklif göndərməyib. Heç zəng edən də olmayıb. Bütün deyilənlər uydurmadır. Hazırda real heç nə yoxdur. Mövsüm hələ bitməyib. Ondan sonra hər şeyə aydınlıq gələcək. Bir qədər də gözləmək lazımdır".azerisport