SON DƏQİQƏ: "Neftçi"nin "əvəzedici" komandası "Xəzər Lənkəran" U-13 komandasına 2 qol vurub

16:02 15 May 2015

Hal-hazırda Bayıl arenada baş tutan final oyununda “Coca-Cola U-13 Liqa”nın 2014/2015-ci il mövsümü sona çatır.

 

SportArena.az xəbər verir ki, əslində "Neftçi" və "Xəzər Lənkəran"ın U-13 komandaları görüşməli olsalar da, görünən odur ki, "Neftçi" rəhbərliyi oyuna səhv komanda göndərib. Belə ki, hazırda "Xəzər Lənkəran"a qol vuran futbolçular ya U-16, ya da əvəzedicinin futbolçuları olmalıdır. Çünki, təbiətin heç bir qanunauyğunluğuna və ya qanunauyğunsuzluğuna sığmayan "Neftçi"nin "U-13" komandası nədənsə çox inkişaf edib. Ən kiçik boylu və kiçik bədən sahib olan meydandakı "Neftçi" futbolçusu da "Xəzər Lənkəran";n fiziki cəhətdən ən güclüsündən üstündür. Yəqin ki, bu saxtakarlıq da "Neftçi" MŞ-nın gətirdiyi yeniliklərdən biridir.

Qeyd edək ki, "Neftçi" ilk hissədən sonra 2:0 hesabı ilə qalib gəlir.

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti