"Barselona"da ciddi itki- Luis Suares iki həftə oynamayacaq

18:34 15 May 2015

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində "Bavariya"ya qarşı keçirilən matçda zədələnən "Barselona"nın uruqvaylı futbolçusu Luis Suaresin son durumuna aydınlıq gəlib.

 

SportArena.az  xəbər verir ki, futbolçunun dizaltı vətəri zədələnib. Onun 2 həftəyə yaxın yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, "Barselona" - "Bavariya" duelindən ispanlar qalib ayrılaraq finala yüksələn tərəf olmuşdular.


Digər xəbərlər

Xəbər xətti