Bakı-2015: Daha dörd ölkə ilə TV sazişləri imzaladı

18:41 15 May 2015

Bakı 2015, 12-28 iyun tarixində gerçəkləşəcək Birinci Avropa Oyunlarının nümayişi ilə bağlı daha dörd ölkənin 5 televiziya şirkəti ilə müqavilələr imzalamaqla, beynəlxalq yayım əhatəsini genişləndirib.

 

SportArena.az xəbər verir ki, ən son bağlanmış yayım müqavilələri aşağıdakılardır:

* Ukrayna – NTU, ölkə boyunca Oyunların 16 milyon evdə yayımını təklif edən ödənişsiz milli yayım şirkəti;

* Gürcüstan – Gürcüstan İctimai Kanalı, London 2012 Yay Olimpiya Oyunlarını işıqlandırmış ödənişsiz televiziya şirkəti; 

* Norveç – TV2, Rio 2016 Yay Olimpiya Oyunlarının yayım hüququnu əldə etmiş ödənişsiz televiziya şirkəti.

* İsrail – Bakı 2015, bu ölkənin aparıcı, ödənişli idman telekanalları olan Sport 5 (Sport Channel) və Sport 1 (Çarlton) arasında yayım hüququnun bölüşdürülməsi haqqında müqavilə imzalayıb.

Bu yeni telekanalların elan olunmasını şərh edən, Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq deyib: “Birinci Avropa Oyunlarını işıqlandırmaq üçün televiziya şirkətlərinin marağı artmaqda davam edir. Ukraynalı, gürcü, norveçli və israilli idman azarkeşlərinin bu yay Bakıda mübarizə aparacaq dünya səviyyəli idmançıları izləmək şansı əldə etməyindən məmnunuq.

Məqsədlərimizdən biri, Avropa Oyunlarının brendini beynəlxalq səviyyədə yaratmaqdır və bu yayım sazişləri, məqsədimizi uğurla həyata keçirmək üçün əsas vasitədir.

Orta hesabla, hər gün ən azı 6 saatlıq yayımla bazarın 70%-nə nüfuz etməklə, Avropa Oyunları qitədə 176 milyondan çox evdə izlənə biləcək”.

Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Çin, Honq Konq, Hindistan və Avropa ölkələri ilə əldə olunmuş yayım tərəfdaşlıqlarının ardınca, ən son bağlanmış bu müqavilələr, Avropa Oyunlarının qlobal miqyaslı tədbir olduğunu bir  daha sübut edir.


Digər xəbərlər

Xəbər xətti