Georgi Çixradze: "Ümumi vəziyyətə baxanda çox təəssüflənirəm"

20:36 15 May 2015

Premyer Liqanın XXXIV turuna Zaqatalada start verildi. Açılış oyununda “Simurq” “Bakı”nı 4-0 hesabı ilə məğlub etdi. 

 

Sportarena.az xəbər verir ki, oyundan sonra "Simurq"un baş məşqçisi Georgi Çixradze bunları qeyd edib:

 

“Cari mövsümdə sonuncu ev oyunumuza çıxdıq. Düşünürəm ki, yaxşı futbol sərgilədik. Amma ümumi vəziyyətə baxanda çox təəssüflənirəm. Biz bu qələbə ilə azarkeşlərimizə təşəkkür etdik. Bu oyuna qədər bir neçə oyunçu düşərgəni tərk etmişdi, oyundan sonra da bir çox oyunçular gedəcək. Yaxşı komandamız vardı”.


Digər xəbərlər

Xəbər xətti