Ispaniyan "Real Madrid" klubunun futbolçusu Serxio Ramos sıradan çıxıb. SportArena.az xəbər verir ki, əzələsindən zədə alan müdafiəçi mövsümün sonuna kimi oynaya bilməyəcək.
Beləliklə, "Kral klubu"nun müdafiə xəttinin əsas silahı olan Ramos qarşıdan gələn "Espanyol" və "Xetafe" ilə La Liqa matçlarını buraxmalı olacaq.
Qeyd edək ki, Serxio Ramos Çempionlar Liqasında "Yuventus" ilə yarımfinal mərhələsinin cavab oyununda zədə alıb. Lakin o, matçın sonuna kimi meydanda çıxış edib.