FOTO+VİDEO Argentina futbolu Orteqanı itirdi

21:38 15 May 2015

Futbol meydanında daha bir ölüm hadisəsi baş verib.

 

SportArena.az xəbər verir ki, faciəvi hadisə bu dəfə Argentina çempionatında yaşanıb. Dördüncü divizion komandası "San-Martina de Bursako"da oynayan Emanuel Orteqa dünyasını dəyişib. Orteqa oyun zamanı başından ciddi zədə alıb. Onun başı hasara çırpılıb. Mayın 3-də zədələnən futbolçu mayın 14-də dünyasını dəyişib.

 

Argentina Futbol Federasiyası Orteqanın ölümü ilə əlaqədar bu həftənin sonuna planlaşdırılmış bütün futbol oyunlarını təxirə salıb. Bununla bağlı məlumat federasiyanın rəsmi saytında verilib.


Digər xəbərlər

Xəbər xətti