AÇIQLAMA Hər kəsi özünə güldürən "Neftçi" "Xəzər Lənkəran"ı hansı məsələdə günahlandırdı?

22:37 15 May 2015

Bu gün Bayıl stadionunda  "Coca-Cola U-13 Liqa”nın 2014/2015-ci il mövsümünün final oyunu keçirilib. Həlledici qarşılaşmada "Neftçi” "Xəzər Lənkəran”ı 3-1 hesabı ilə məğlub edərək kuboka sahib çıxıb. İdman Azərbaycan kanlı vasitəsi ilə canlı yayımlanan oyunda diqqəti çəkən məqamlardan biri də "Neftçi” 13 yaşlılarının "Xəzər Lənkəran” futbolçularından qat-qat böyük və cüssəli görünməsi idi.  Məsələn ilə bağlı açıqlama verən "Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbryaıloğlu saytımıza açıqlamasında "Neftçi”nin bəzi futbolçularının yaşlarının çox olmasını iddia etdi. Buna cavab olaraq "Neftçi”nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin fikirlərini öyrənib diqqətinizə çatdırırıq:

 

 

"Allahın işinə necə qarışa bilərik?. İndi nə edək ki, "Xəzər Lənkəran” tərəfionin iddia etdiyi futbolçuların boyu uzundur?. Gəlib "Neftçi”nin aşağı yaş qruplarını yoxlasınlar. Əgər hər-hansı futbolçuda "lipa” tapılarsa biz onu aşkar edən insana sağ ol deyəcəyik. Həmin iddia olunan futbolçular barədə deyə bilərəm ki, bu futbolçulardan biri, Musa Qurbanlı "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur və hamı Qurban müəllimin toyunun nə vaxt olduğunu bilir. Digər iddia olunan futbolçu  Nicat Fərəcli isə mənim sinif yoldaşımın oğludur. Başımla cavabdeh ola bilərəm ki, Nicat 2003-cü il təvəllüdüdür. Digər məsələ isə "Xəzər Lənkəran”ın hər oyunda "Neftçi”yə uduzmasından sonra, belə bəhanələr axtarmasına normal qarşılayıram. Nə deyim inşallah növbəti mövsümdə bu turnirin qalibi "Xəzər Lənkəran” olar.futbol11.az


Digər xəbərlər

Xəbər xətti