II Avropa Oyunları: Bakının xələfi Hollandiya oldu

22:47 15 May 2015

İlk dəfə Bakıda keçiriləcək Avropa Oyunlarının ikinci təşkilatçısının adı məlum olub.

 

SportArena.az xəbər verir ki, Antalyada baş tutan Avropa Olimpiya Komitəsinin növbəti seminarında II Avropa Oyunlarının təşkilatçılıq hüququ Hollandiyada verilib.

 

İclasda əvvəlcə Kosovonun AOK sıralarına qoşulması qəbul olunub. Bununla da, qurumdakı ölkələrin sayı 50-yə çatıb. Ardınca 50 milli Olimpiya Komitəsinin nümayəndələrinin səsverməsi ilə 2019-cu ildə II Avropa Oyunlarının keçiriləcəyi ölkə müəyyənləşib.

 

Qeyd edək ki, I Avropa Oyunları iyunun 12-28-də Bakıda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti