Türkiyədə oyunlardan diskvalifikasiya olunan məşqçi oyunu tikinti kranından izləməyə nail olub.
SportArena.az xəbər verir ki, bu barədə yerli "Hürriyet" qəzeti yazır.
“Çorum Bələdiyyə” komandasının baş məşqçisi Həmid İşıqın hakimlərlə mübahisəyə görə 285 gün stadiona girişi qadağan olunub. Lakin qadağaya baxmayaraq məşqçi vacib oyunda komandasını tək buraxmayıb. Oyunu izləmək üçün məşqçi stadionun kənarına tikinti kranı gətizditrib və oyunu kranın kabinindən izləyib.
Qeyd edək ki, ikinci Türkiyə liqasında digər sezona keçmək üçün “Darıca Gənclərbirliyi” ilə üz-üzə gələn Həmid İşıqın komandası 0:0 bərabərlik ilə oyunu bitirib.