Dünən baş tutan U-13 liqasının final oyununda "Xəzər Lənkəran" "Neftçi"yə 1:3 hesabı ilə məğlub oldu. Oyunda diqqətçəkən məqamlardan biri də o idi ki, "Neftçi" komandasının heyətində yaşca daha böyük olan bir-neçə futbolçu var idi.
SportArena.az olaraq, bu hadisəyə şərh verən "Komanda.az" saytının baş redaktoru Rəşad Ergünün fikirlərini sizə təqdim edirik:
"Bir klub rəsmisi rəqib komandanı "lipa" futbolçular oynatmaqda ittiham edirsə, AFFA-nın borcudu ki, araşdırma aparsın, həqiqəti ortaya çıxarsın. "Neftçi"nin "lipa" oynadıb-oynatmadığı indiki halda iddiadı. Vicdanlı, normal araşdırma aparılsa, bu, fakta da çevrilə bilər, iddia olaraq özünü doğrultmaya da bilər. Amma mən adım kimi əminəm ki, Azərbaycanda yetərincə "lipa" futbolçular var. Onların sayı-hesabı yoxdu. Bütün bunlara isə AFFA nəzarət etməli, günahkarları cəzalandırmalıdı. Ancaq AFFA-nın özü bir çox işlərdə qanunsuzluqla məşğuldusa, orda cinayət məsuliyyətinə cəlb olunacaq xeyli adam varsa, hansısa "lipa"nın arxasınca düşəcəklərinə inanmayın".
Cavid ƏHMƏDOĞLU