Günün ŞOK XƏBƏRİ: “Simurq”un prezidenti həbs olundu

13:00 16 May 2015

Azərbaycanda son günlər kredit oliqarxlarının həbs dalğasına daha 3 nəfər qoşulub.

 

SportArena.az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, bu dəfə saxlanılanlar da Beynəlxalq Bankdan külli miqdarda kredit götürənlərdir.

Həbs olunanların siyahısında “Simurq” futbol klubunun prezidenti Anar Bəkirov da var.

Qeyd edək ki, Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyev həm "İnter" klubunun, həm "Simurq"un sahibidir. Son günlər hər iki klubun dağılması ilə bağlı mediada xəbərlər yayımlanırdı.

Futbolxeber.az-ın əldə etdiyi digər məlumata görə, dünən “Simurq”un “Bakı”ya qarşı keçirdiyi oyunda Anar Bəkirov stadionda olmayıb. Həmin vaxt elə arenada Bəkirovun həbs olunması barədə söhbətlər gəzib. Bəkirov kimi Zaqatala klubunun icraçı direktoru Vaqif Əliyev də qarşılaşma zamanı stadionda görünməyib. Klubun rəhbər şəxslərindən yalnız Kamran İsmayılov matçı stadiondan izləyb.


Digər xəbərlər

Xəbər xətti