“Simurq” klubu komandanın prezidenti Anar Bəkirovun həbs olunması haqda xəbərə rəsmi münasibət bildirib. Klubun baş meneceri Kamran İsmayılov məsələ haqqında bunları deyib.
SportArena.az xəbər verir ki, futbolxeber-ə açıqlamasında Bəkirovun həbs olunduğunu yox, dindirilmə üçün saxlanıldığını bildirib: “12:00-da, 17 dəqiqə əvvəl Anar Bəkirovla danışdım. Hazırda o, “Bandotdel”dədir. Lakin Bəkirov həbs olunmayıb. Oturub, dindiriləcəyi vaxtı gözləyir. Dindirilmədən sonra nə baş verəcəyini isə deyə bilmərik. Bunu zaman göstərəcək. Biz yeni xəbər olduqca klubun rəsmi saytı vasitəsi ilə mətbuatı bu haqda məlumatlandıracağıq”.