"Neftçi"-"Xəzər Lənkəran" oyunundakı biabırçı vəziyyət hələ də bütün Azərbaycan futbolsevərlərinin müzakirə mövzusudur. Belə ki, az qala əvəzedicinin futbolçularını meydana buraxan "Neftçi" komandası U-13-ün Liqasının qalibi oldu
SportArena.az olaraq, bu məsələyə münasibətini öyrənmək üçün, AFFA Yarışların Təşkilat Komitəsinin sədri Yusif Vəliyevlə əlaqə saxladıq:
"Biz hər bir futbolçunu qeydiyyat bazasına daxil edəndə, müəyyən olunmuş sədədləri olardan tələb edirik. Buraya tibbi arayışdan tutmuş, orta mktəbdəki sənədlərə qədər daxildir. Eyni zamanda bizim Təhsil Nazirliyi ilə əməkdaşlığımız nəticəsində, biz onlardan da lazımı sənədləri əldə edirik. Bütün bunlar qaydasına düşəndən sonra futbolçuya lisenziya verilir. Yəni ki, bizdə olan məlumatlara əsasən deyə bilərik ki, bu klublarda "lipa" futbolçu yoxdur. "Xəzər Lənkəran" tərəfi iddia edirsə, bu artıq "Neftçi"-"Xəzər Lənkəran"ın öz aralarında olan məsələdir.
Əgər cənub klubunun iddiaları düzgün çıxarsa və "Neftçi"nin həqiqətən "lipa"dan istifadə etməsi özünü təsdiq edərsə, bu zaman oyunun nəticəsi dəyişdiriləcək və "Neftçi"yə texniki məğlubiyyət veriləcək".
Cavid ƏHMƏDOĞLU