SİYAHI Azərbaycan Zimbabveni də keçə bilmədi!

15:41 16 May 2015

FİFA iyunun 4-də  milli komandaların yeni reytinq cədvəlini açıqlayacaq. SportArena.az xəbər verir ki, planetin 209 yığmasının yer alacağı cədvəldə ciddi dəyişikliklərin olacağı gözlənilir.

 

Belə ki, artıq indidən tərtib olunan təxmini siyahıda bir sıra komandaların mövqeyi dəyişib.

 

Mayın 7-də açıqlanan cədvəldən sonrakı 28 gün müddətində heç bir oyunu planlaşdırılmayan Azərbaycan millisinin də mövqeyində dəyişiklik olub.

 

Belə ki, son rəsmi cədvəldə hesabında 264 xal olan komandamız 116-cı pillədə qərarlaşıb. Gələn ayın təxmini siyahısında 272 xala malik yığmamız 114-cüdü. 8 xallıq artım 2 pillə irəliləməyə kifayət edib.

 

Robert Prosineçkinin yetirmələri Tanzaniya, Liviya və Namibiyanı arxada qoyub. Əvəzində Zimbabve də komandamızı keçib.

 

Millimiz və “qonşuları”
109 (94). Benin - 289

110 (104). Botsvana - 282

111 (110). Sent-Vinsent və Qrenadin - 279

112 (123). Zimbabve - 278

113 (112). Sent-Kitts və Nevis - 275

114 (116). AZƏRBAYCAN - 272

115 (118). Dominikan Respublikası - 256

116 (119). Niger - 251

117 (107). Tanzaniya - 249

118 (141). Fələstin - 242

119 (112). Liviya - 238

 

Təxmini siyahıya nəzər salsaq, ilk “onluq”da 2 dəyişiklik diqqət çəkir. Argentinanı keçib, 2-ci yerə yüksələn Belçika tarixinin ən yüksək nəticəsinə nail olub. 2 pillə irəliləyib “onluğ”a daxil olan Fransa eyni qədər geriləyən İsveçrəni ən güclülər sırasından kənarlaşdırıb.


İlk “onluq”

1 (1). Almaniya - 1775
2 (3). Belçika - 1509
3 (2). Argentina - 1496
4 (4). Kolumbiya - 1435
5 (5). Braziliya - 1392
6 (6). Hollandiya - 1378
7 (7). Portuqaliya - 1229

8 (8). Uruqvay - 1183

9 (11). Fransa - 1164

10 (10). İspaniya - 1147

 

Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibindən yalnız İtaliyanın mövqeyi təxmini cədvəldə dəyişməz qalıb. Xorvatiya 1 pillə geriləyibsə, Malta 6, Bolqarıstanla Norveç hərəyə 5 pillə “artırıb”.

 

AVRO-2016-nın seçmə mərhələsinin H qrupu

13 (13). İtaliya - 1101
18 (17). Xorvatiya - 992
62 (67). Bolqarıstan - 537
65 (70). Norveç - 528
143 (149). Malta - 154

Qeyd edək ki, qonşu Türkiyə yığması təxmini siyahıda hesabında olan 590 xalla 5 pillə geriləyib. “Ay-ulduzlular” burada 57-ci yerə yuvarlanıb.


Digər xəbərlər

Xəbər xətti