Bu gün İngiltərə Premyer Liqasının XXXⅦ turunun oyunları keçiriləcək.
SportArena.az xəbər verir ki, tur çərçivəsində keçiriləcək oyunlardan biri də, "Enflid Roud” arenasında "Liverpul” - "Kristal Pales”i qəbul edəcək. Oyunu maraqlı məqamlarından biri də "Liverpul”un kapitanı Stiven Cerrard ilə bağlıdır. Belə ki, kapitan mövsüm başa çatdıqdan sonra Amerikanın "Los Anceles Qalaksi”klubuna transfer olunacaq. Cerrard bu gün "Anflid Roud” arenasında son oyununua çıxacaq. Cerrard oyundan öncə keçirdiyi mətbuat konfransında "Çox təsirli oyun olacaq. Ağlamamağa çalışacağam” demişdi.
Qeyd edək ki, karyerası ərzində yalnız "Liverpul”un formasını geyinən kapitan "mersisaydlılar”ın heyətində 708 oyun keçirib.