Dünən U-13 liqasının "Neftçi" - "Xəzər Lənkəran" finalını izləyənlər arasında "Xəzər Lənkəran"In prezidenti Mais Məinsimov da var idi. lakin Mənsimov oyuna sona qədər baxmadı. Hələ ilk hissədə "Neftçi" ikinci qolu vurandan sonra Mənsimov əsəbi halda arenanı tərk eləyib.
"Bayıl Arena"da matçı izləyən Rekord.az əməkdaşının məlumatına görə, buna səbəb "Neftçi"nin heyətində yer alan futbolçuların yaşlarından böyük görsənməsi olub.
Ümumiyyətlə, Lənkəran klubu matçdan öncə də bəyan etmişdi ki, "Neftçi"nin heyətində "lipa" var. Hətta bunun üstünə düşüb əməlli-başlı araşdırma da aparmışdılar. Oyunun ilk hissəsi də göstərdi ki, paytaxt futbolçuları həm bouy, həm də çəkicə lənkəranlılardan xeyli böyükdür. Elə erkən iki qolu da bu üstünlüyün hesabına yazmaq olar. Mənsimov da məh bu mənzərəyə əsəbləşərək stadionu elə ilk hissədəcə tərk etməyi məqsədəuyğun hesab edib.