“Qısa danışacağam. Komanda üçün hər bir qələbə çox vacibdir. Biz yaradılan qol epizodlardan yararlana bilmiriksə, uşaq səhvlərindən sonra qol buraxırıqsa, ola bilər ki, bir neçə oyunçudan imtina edib, son iki turda gənclərə güvənim".
SportArena.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 34-cü turunda "Xəzər Lənkəran" 0:1 hesabı ilə uduzduqları matçdan sonra deyib.
O, bəzi səhvlərin bağışlanmaz olduğunu bildirib:
"Belə hallar bizi bir sıra addımlar atmağa vadar edir. Yaxın günlərdə həmin qərarlarla tanış olacaqsınız”.