"Xəzər Lənkəran"ın məşqçisi "Qalatasaray"ın düşərgəsinə yollanır.
SportArena.az fanat-a istinadən xəbər verir ki, Lənkəran klubunun əsas komandasında qapıçılarla işləyən məşqçi funksiyasını Vidadi Huseynov İstanbul klubunun düşərgəsinə gedəcək.
Vidadi Huseynov "Qalatasaray"ın braziliyalı məşqçisi Klaudio Taffarellə birlikdə məşqlərə qatılaraq təcrübə toplayacaq. Mayın 22-də qardaş ölkəyə yollanacaq "Xəzər Lənkəran"ın məşqçisi orda 7-10 gün qalacaq.