"Neftçi" rəsmisini təcili stadiondan çıxardılar- Səbəb SportArena.Az-da!

02:05 17 May 2015

Bu gün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda "Neftçi"nin ikitərəfli oyunu zamanı xoşagəlməz hadisə baş verib.

 

SportArena.az xəbər verir ki, oyunu izləyənlər arasında olan "Neftçi"nin müşahidə şurasının üzvü Mübariz Zeynalovun halı qəflətən pisləşib. Özündən gedən klub rəsmisinə ilk tibbi yardımı komandanın icraçı direktoru Elnur Məmmədov və icraçı direktorun müavini Mübariz Xudiyev göstərib.

Oyun dərhal yarımçıq dayandırılıb. Daha sonra hadisə yerinə təcili tibbi yardım çağırılıb. Klub rəsmisi təcili tibbi yardım maşınıyla Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib.

Zeynalov hələ də xəstəxanadadı.komanda.az


Digər xəbərlər

Xəbər xətti