Argentinanın "Boka Xuniors" klubu Libertadores Kubokundan kənarlaşdırılıb. SportArena.az xəbər verir ki, buna "River Pleyt"lə 1/8 final matçında yaşanan insident səbəb olub.
Həmin oyuna "Boka" fanatları stadionda gözyaşardıcı qazdan yararlanıblar. Bu, ilk yarıdan sonra baş verib. Nəticədə oyun dayandırılıb, "River Pleyt" futbolçuları isə fanatların aqressivliyi üzündən meydanı tərk etmək üçün 1,5 saatadək gözləyiblər. Komandanın 4 futbolçusu isə yanıqlarla xəstəxanaya çatdırılıb.
Cənubi Amerika Futbol Konfederasiyasının qərarına əsasən, "Boka Xuniors" Libertadores Kubokundan kənarlaşdırılıb və 200 min dollar cərimələnib. Klub növbəti 4 beynəlxalq matçını azarkeşsiz keçirəcək.
1/4 finala isə "River Pleyt" yüksəlib. Bu komandanın növbəti rəqibi Braziliya "Kruzeyro"su olacaq.