Bu da son: "Simurq"dan iflas açıqlaması

13:59 17 May 2015

"Mart ayında Beynəlxalq Bankın İdarə Heyətində dəyişiklikdən sonra "Simurq" klubuna maliyyə dayanıb. Bildiyiniz kimi, klubumuz sosial layihə kimi bu bankdan maliyyələşirdi".

 

Bunu ANS PRESS-ə açıqlamasında “Simurq” Peşəkar İdman Klubunun mətbuat xidmətinin Rüstəm Allahverdiyev deyib. 
 

O bildirib ki, Beynəlxalq Bankın sədri dəyişdikdən sonra klubumuza vəsait ayrılmadı. Sponsorların, demək olar ki, hamısı pul ödənişi etməkdən imtina edib:
 

"Bizə ayrılan pul ödənişi dayandığı üçün maliyyə çətinliyi yaranıb. Bu, klubun iflası demək deyil, çünki vəsaitlər qayda-qanun çərçivəsində xərclənib. Sadəcə olaraq, kluba maliyyə ödənişi kəsilib. Güman edirik ki, yaxın günlərdə klubumuzla bağlı müsbət qərar qəbul ediləcək. Bizə deyilib ki, "Simurq"un talehi müsbət mənada həll olunacaq", - deyə Rüstəm Allahverdiyev söyləyib.
 

Qeyd edək ki, mətbuatda "Simurq" klubunun dağılacağı ilə bağlı məlumatlar yayılıb.


Digər xəbərlər

Xəbər xətti