Deyəsən bu gedişlə I Divizionun qalibi "Neftçala" gələn mövsümdən Premyer Liqada oynaya biləcək.
SportArena.az xəbər verir ki, rekord.az-a bu barədə etibarlı mənbədən məlumat daxil olub.
Bildiyiniz kimi, AFFA tərəfindən bu kluba lisenziya verilmədikdən sonra klub rəhbərliyi qarşıdakı 10 gün ərzində apellyasiya şikayəti verə bilərdi. "Neftçala" rəhbərliyi də bunu etmişdi. Bizə ötürülən məlumata görə, Neftçala təmsilçisi lisenziya üçün bütün lazım olan sənədləri toplayıb, stadion kimi də Bakıdakı stadionlardan birini göstərib. Çünki komandanın Neftçaladakı stadionu yayda təmirə bağlanacaq. Rəhbərlik aşağı yaş qrupları problemini də həll edib, bank zəmanəti də təqdim edib. İndi qalır AFFA-nın bu kluba lisenziya verib onun Premyer Liqaya gəlişini rəsmləşdirməsi. Deyilənlərə inansaq artıq federasiyadan da kluba deyilib ki, gedin elitaya hazırlaşın məsələniz həll olunmaq üzrədir.