"Bakı-2015": Stolüstü tennis üzrə 35 ölkə yarışacaq

23:33 17 May 2015

"Bakı-2015" ilk Avropa Oyunlarının stolüstü tennis yarışlarında təmsil olunacaq ölkələrin adları açıqlanıb.

 

SportArena.Az-ın "Trend"ə istinadən yaydığı xəbərə görə, iyunun 13-dən 19-dək Bakı İdman Sarayında keçiriləcək tennis yarışlarında birincilik uğrunda 35 ölkənin, o cümlədən Azərbaycan, Avstriya, Belarus, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Rumıniya, Almaniya, Böyük Britaniya, Rusiya, Yunanıstan, San-Marino, Macarıstan, Serbiya, İsrail, Slovakiya, İtaliya, Sloveniya, Xorvatiya, Latviya, İspaniya, Kipr, Litva, İsveç, Çexiya, Lüksemburq, İsveçrə, Danimarka, Niderland, Türkiyə, Finlandiya, Polşa, Ukrayna, Fransa və Portuqaliya nümayəndələri mübarizə aparacaqlar.

Kişilər və qadınlar arasında komanda yarışlarında 32 komanda (16+16) iştirak edəcək.


Digər xəbərlər

Xəbər xətti