Reynaldo: "Neftçi"yə qalib gəlmək üçün əlimizdən gələni edəcəyik"

00:25 18 May 2015

"Qarabağ"ın hücumçusu Reynaldonun müsahibəsi

 

- Növbəti çempionluqla bağlı ilk təəssüratlarınızı öyrənmək istərdik...
- Bu çempionluğu haqq edirdik. Çünki sonadək mübarizə apardıq. Layiqli çempionluqdur. Buna görə çox sevincliyik. Bizi sevən hər kəsi təbrikedirəm. "Qarabağ" bu çempionluğa layiq idi.

 

- Paralel keçirilən oyunda "Qəbələ" əsas rəqibiniz "İnter"dən vacib xal almaqla çempionluğunuza kömək etdi...
- Bunun bizə köməyi oldu. Amma biz yalnız öz oyunumuz barədə düşünürdük. Sonadək oynayıb, qalib gəldik.

 

- Azərbaycan çempionu olmaq sizin üçün nə deməkdir?
- Bu, bizim ardıcıl ikinci titulumuzdur. Əlbəttə, hər bir çempionluq xoşdur. Ağır həftələrdən sonra çempion olduq. Komanda yoldaşlarıma təşəkkürümü bildirirəm. Çox xoşbəxtəm. İstərdim ki, bu gözəl hisslərin davamı gəlsin.

 

- Yəni, ardıcıl üçüncü dəfə də çempion olmaq istəyirsiniz?
- Əla olardı.

 

- Amma qarşıda sizi hələ "Neftçi" ilə kubokun final görüşü gözləyir...
- Bircə onu deyə bilərəm ki, biz bu oyunda qələbə qazanmaq üçün hər şeyi edəcəyik.

 

- Bəs Çempionlar Liqası barədə nə düşünürsünüz?
- Hazırda bütün diqqətimiz kubokun final matçına yönəlib. Ondan sonra bizi istirahət gözləyir. Yalnız həmin vaxt ÇL-in təsnifat mərhələsi barədə nəsə demək olar.

 

- Son dövrlər müsahibə verməkdən imtina edirdiniz...
- Demişdim ki, çempion olandan sonra müsahibə verəcəyəm. Çünki danışılası heç nə yox idi. İndi isə gördüyünüz kimi, sizinlə söhbət edirəm (gülür).

 

- Belə çıxır ki, "Qarabağ" çempion olmasaydı, siz mətbuata müsahibə vermədən ölkəni tərk edəcəkdiniz?
- Bəli. Amma biz öz istəyimizə nail olduq. Çempionluq çox yaxşı hissdir! azerisport.az


Digər xəbərlər

Xəbər xətti