Türkiyə “Spor Toto” super liqasının 32-ci həftəsində ölkənin 4 böyüklərindən olan “Fənərbaxça” Mersin şəhərinə yollanıb.
SportArena.az xəbər verir ki, yerli “Mersin İdman Yurdu” komandası ilə qarşılaşan fənərbaxçalılar matçdan sonra şoka düşüblər.
Belə ki, “Fənərbaxça” komandasına aid, oyunçuları daşıyan avtobusda partlayıcı qurğu olması barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə polis və xüsusi təlim görmüş itlər cəlb olunub. Aparılan axtarış nəticəsində avtobusda hər hansı bir partlayıcı qurğu aşkarlanmayıb.
“Fənərbaxça” ilə “Mersin İY” arasında baş tutmuş qarşılaşma isə 1-0 hesabla birincinin qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, daha əvvəl Trabzondan qayıdarkən “Fənərbaxça” komandasının avtobusu silahlı hücuma məruz qalmış və sürücü yaralanmışdı. Ötən həftə isə komandanın kapitanı Emre Belözoğlu avtomobil bərəsində “Beşiktaş” azarkeşlərinin hücumuna məruz qalmışdı.