Rusiya Premyer Liqasında 2014/2015 mövsümünün qalibi bəlli olub.
Sportarena.az xəbər verir ki, səfərdə “Ufa” ilə qarşılaşan “Zenit” 1:1 Hesablı nəticə ilə qızıl medallara sahib olub.
Xalını 64-ə çatdıran Sankt-Peterburq təmsilçisi ən yaxın izləyiciləri MOİK-i və "Krasnodar"ı 8 xal qabaqlayıb. Bu, “Zenit”in 4-cü çempionluğudur.
Xatırladaq ki, azərbaycanlı hücumçu Ramil Şeydayev “Zenit”in şərəfini qoruyur və "Ufa" ilə matçda da oyunun iştirak ərizəsində yer alıb və qarşılaşmanı sona qədər ehtiyat skamyasından izləyib.