Kamal 100-ə, Şehiç 50-yə çatdı

12:36 18 May 2015

Topaz Premyer Liqasının 34-cü turu 2 qapıçı üçün yubileylə əlamətdar olub.

 

SportArena.az xəbər verir ki, “Qarabağ”ın Bosniya və Herseqovinadan olan qolkiperi İbrahim Şehiç 50-ci çempionat matçını keçirib. 

 

Ötən mövsüm 22 oyunda 12 top buraxan Şehiç cari çempionatın 28 qarşılaşmasında 23 qola üzülüb. 

 

Onun AZAL-dan olan həmkarı Kamal Bayramov isə Premyer Liqada 100-cü oyununu keçirib. 151 top buraxan qapıçı bu matçlardan 5-ni (3 qol buraxıb) AZAL-da keçirib.


Digər xəbərlər

Xəbər xətti