Fransada 2014/15 mövsümünün ən yaxşı baş məşqçisi və ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
SportArena.az xəbər verir ki, ən yaxşı futbolçu nominasiyasında "Lion"un futbolçusu Aleksandr Lasket birinci olub. 23 yaşlı futbolçu çempionatda vurduğu 27 qol və 8 məhsuldar ötürmə verməklə bu ada yiyələnib.
Mövsümün ən yaxşı gənc futbolçusu da "Lion"dan olub. Belə ki, 21 yaşlı Nabil Fekir ilin ən yaxşı gənc futbolçusu seçilib.
PSJ-nin baş məşqçisi Loran Blan isə ən yaxşı baş məşqçi seçilib.