FOTO+AÇIQLAMA "İnter"dəki münaqişənin təfərrüatları məlum oldu

13:30 18 May 2015

AFFA Məşqçilər Şurasının üzvü Şahin Diniyev "İnter"də çıxış edən oğlu Coşqun Diniyevin "Qəbələ" ilə Azərbaycan Premyer Liqasının 34-cü turunda komanda yoldaşı Derlis Meza Kolli ilə yaşadığı insidentə münasibət bildirib.

 

SportArena.Az-ın "Sportnet.az"a istinadən verdiyi xəbərə görə, Ş.Diniyev olayın təfərrrüatlarını açıqlayıb.

Onun sözlərinə görə, münaqişə cərimə zərbəsi yerinə yetirmək üstündə baş verib: "Olayı şişirtməyə ehtiyac yoxdur. Coşqun cərimə zərbəsini yerinə yetirməyə hazırlaşıb. Bu zaman Derlis ona yaxınlaşıb ki, qoy, zərbəni qardaşı Sezar yerinə yetirsin. Amma həmin vaxt "İnter"ə qələbə lazım olduğundan, bunu bir az sərt formada çatdırıb. Coşğun da onun jestinə eyni qaydada cavab verib. Hakim isə Derlisə sarı vərəqə göstərib. Amma oyundan sonra hər iki futbolçu öpüşüb-görüşüb, meydanda olanları unudublar".

Qeyd edək ki, "Qəbələ" - "İnter" matçı 1:1 hesabı ilə yekunlaşıb. 


Digər xəbərlər

Xəbər xətti