"Neftçi" rəsmisi açıqladı: “Hər üç futbolçu maraq dairəmizdədi”

14:07 18 May 2015

Çempionatı ilk “dördlük”də bitirəcəyi dəqiq olan “Neftçi” indidən gələn mövsümün planlarını qurmağa başlayıb.
 
SportArena.az xəbər verir ki, Avropa Liqasında iştirak edəcək paytaxt klubu öncə ölkə daxilində çıxış edən futbolçularla danışığa başlayıb.

 

Bakılıların transfer siyahısına maliyyə durumu ürəkaçan olmayan “İnter”in iki yerli oyunçusu Elvin Məmmədov və Arif Daşdəmirov başçılıq edir. “Ağ-qaralar” orta sahədəki boşluğu əla mövsüm keçirən Elvinlə, müdafiənin sol cinahındakı problemi isə Ariflə yoluna qoymaq niyyətindədi. Həmçinin, millimizin daha bir üzvü, “Sumqayıt”ın hücumçusu Məhəmməd Qurbanov da gələn mövsümü “Neftçi”də keçirə bilər.

 

Məlumatı saytımıza açıqlamasında klubun Müşahidə Şurasının üzvü Səməd Qurbanov da təsdiqləyib. O bildirib ki, yay fasiləsində daha çox yerli futbolçuların transferinə üstünlük verəcəklər: “Adlarını çəkdiyiniz hər üç futbolçu “Neftçi”nin maraq dairəsindədi. Başqa bir neçə yerli futbolçu da var ki, onlar da gündəmimizdədi. Amma bu məsələlərə konkret mövsümün sonunda baxacağıq”.apasport


Digər xəbərlər

Xəbər xətti