“Mübariz hazırda reanimasiyadadı. Bu gün əməliyyat olunacaq”.
SportaArena.az xəbər verir k,bunu apasport-a “Neftçi”nin Müşahidə Şurasının üzvü Mübariz Zeynalovun həyat yoldaşı Xanım Zeynalova deyib.
Ötən həftəsonu “Neftçi”nin məşqi zamanı ikitərəfli oyunu izləyənlər arasında Mübariz Zeynalov da olub. Veteran futbolçunun anidən halı pisləşib və özündən gedib. Dərhal xəstəxanaya aparılan Zeynalovu həkimlərin uzun səyi nəticəsində ayıltmaq mümkün olub və hətta bunun üçün elektroşokdan da istifadə edilib.
Həyat yoldaşının sözlərinə görə, onun vəziyyəti hazırda yaxşıdı: “Mübarizin ürək damarında problem yaranmışdı. Özü ilə danışmışam, indi vəziyyəti yaxşıdı. Ürək damarının biri dəyişdirilməlidi. Ciddi əməliyyat deyil. Yəqin ki, bu gün axşam və ya sabah evə buraxılacaq”.