"Qala" Azərbaycan çempionu oldu

14:40 18 May 2015

Mayın 17-də "The Club Port Baku"nun idman zalında basketbol üzrə 22-ci ölkə çempionatının final mərhələsinə yekun vurulub.

 

SportArena.az xəbər verir ki, 3-cü yer uğrunda "NTD" BK-u "Baku Oilers"a 80:74 hesabıyla qalib gəlib. Bununla da "NTD" komandası final seriyasının ikinci oyununu da udaraq bürünc medallara sahib olub.

Ölkənin basketbol ictimaiyəti səbirsizliklə "Qala" BK - AZTOP qarşılaşmasını gözləyirdi. Bu, komadaların final seriyasında üçüncü qarşılaşması idi. Qalib Azərbayacan Çempionu adını qazanacaqdı. Oyun "Qala"nın kəskin hücumları ilə başlayıb. Üçüncü hissə "Qala"nın 7 xall üstünlüyü ilə başlayıb - 34:27. Öncəki məğlubiyyətdən nəticə çıxaran qalalılar oyunun axırına kimi bu üstünlüyü əldən verməyiblər. Baxmayaraq ki, AZTOP sonuncu hissədə hesabı bərabərləşdirməyə çox yaxın idi, amma üçüncü hissənin axırında təcrübəli Rasim Başakın zədə alması AZTOP-un oyununa mənfi təsir etdi. "Qala"da Polad Həsənov və Amil Həmzəyəv xüsusi fərqləniblər.

Bələliklə "Qala" komandası layiqli zəfər qazanaraq səkkizinci dəfə Azərbaycan Çempionu oldu.


Digər xəbərlər

Xəbər xətti